Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsini bəyənib

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsini bəyənib Düzəlişə əsasən, insanlığa qarşı hərbi cinayətlərin əhəmiyyətinin alçaldılması cəhdləri ilə bağlı müəyyən cəzalar nəzərdə tutulur
Digər ölkələr
1 İyul , 2016 22:29
Fransa Milli Assambleyası qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması barədə qanun layihəsini bəyənib

Bakı. 1 iyul. REPORT.AZ/ Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) hökumətin təqdim etdiyi qondarma "erməni soyqırımı" faktının inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan yeni qanun layihəsinə düzəlişi bəyənib. 

"Report" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Düzəlişə əsasən, insanlığa qarşı hərbi cinayətlərin əhəmiyyətinin alçaldılması cəhdləri ilə bağlı müəyyən cəzalar nəzərdə tutulur. Bu, bilavasitə qondarma "erməni soyqırımı"na da aiddir.

Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək. Layihə 45 min avro məbləğində cəriməni və bir il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Qanunda qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tədbirləri var.

Xatırladaq ki, Fransa Qərb ölkələri arasında ilk dəfə olaraq 2001-ci ilin yanvarında qondarma "erməni soyqırımı"nı tanıyıb.

Son xəbərlər

Orphus sistemi