Fransa məscidlərin ölkə xaricindən maliyyələşməsini qadağan edə bilər

Fransa məscidlərin ölkə xaricindən maliyyələşməsini qadağan edə bilər Manuel Vals: "Terror Fransa üçün bir nömrəli düşməndir və onunla müharibə uzun olacaq"
Digər ölkələr
29 İyul , 2016 12:40
Fransa məscidlərin ölkə xaricindən maliyyələşməsini qadağan edə bilər

Bakı. 29 iyul. REPORT.AZ/ Fransa ərazisindəki məscidlərin ölkə xaricindən maliyyələşməsini qadağan edə bilər.

"Report" "Qazeta.Ru"ya istinasən xəbər verir ki, bu cür qadağanın tətbiq edilməsini Fransa baş naziri Manuel Vals təklif edib.

M.Vals qeyd edib ki, terror Fransa üçün bir nömrəli düşməndir və onunla müharibə uzun olacaq. O, ölkə üzrə hücumların təkrarlanacağını istisna etməyib, lakin yekun nəticədə terrorçuluğun məğlub olacağına əminliyini dilə gətirib.

Bundan əlavə, o, Sent-Etyen-dyu-Ruvre şəhərində kilsəyə hücum edənlərdən biri olan Adel Kermişin azad edilməsi barədə qərarı "açıq-aydın səhv" adlandırıb.

Son xəbərlər

Orphus sistemi