Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın cənub ştatı Oklaxomada baş vermiş güclü qasırğa zamanı ən azı 2 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Bad Remminq dairəsinin Fövqəladə Vəziyyət İdarəsinin direktoru məlumat verib.
Onun sözlərinə görə, ştat mərkəzinin yaxınlığında təxminən 70 yaşlı kişinin meyiti tapılıb. Digər meyit isə Conston dairəsində aşkarlanıb.
Bu arada "Fox News" telekanalı 41 milyon amerikalının tufan riski zonasında olması haqda məlumat yayıb.
Sinoptiklərin proqnozlarına görə, növbəti qasırğa tezliklə Oklaxomanın şimalındakı Nebraska ştatında gözlənilir.