“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək Şirkətin bəyanatında ölənlərin yaxınlarına yardımın onlar üçün prioritet olduğu bildirilir
Digər ölkələr
20 Mart , 2016 03:27
“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

Bakı. 20 mart. REPORT.AZ/ “FlyDubai” aviaşirkəti “Boeing 737-800” təyyarəsinin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin ailələrinə əlavə olaraq 20 min dollar ödəyəcək.
“Report” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

“ “Flydubai” təcili maliyyə ehtiyaclarının həlli məqsədi ilə, daşınma şərtlərimizə uyğun olaraq ailələrə hər sərnişinə görə əlavə olaraq 20 min dollar vəsaitin ödənməsi proqramını təşkil edəcək”, — deyə məlumatda bildirilir.

Dubaydan Rostova uçan “Boeing 737-800” təyyarəsi pis görüntü şəraitində eniş edən zaman yerə çırpılaraq partlayıb. Göyərtədə ümumilikdə 62 nəfər olub və onların hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi