Bakı. 11 mart. REPORT.AZ/ Florida ştatında ABŞ ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi itkin düşüb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
İlkin məlumatlara görə, helikopterin heyəti təlim uçuşu yerinə yeririrdi.
İtkin düşən şəxslər arasında 7 nəfər dəniz piyadaçısı və 4 nəfər digər qoşunların hərbçiləri olub.