Filippinin cənubunda partlayış: 2 ölü, 31 yaralı

Filippinin cənubunda partlayış: 2 ölü, 31 yaralı Partlayış avtobus terminalının yaxınlığındakı barlardan birində olub
Digər ölkələr
24 Yanvar , 2015 09:41
Filippinin cənubunda partlayış: 2 ölü, 31 yaralı

Bakı. 24 yanvar. REPORT.AZ/ Filippinin cənubundakı barlardan birində baş verən partlayışda 2 nəfər ölüb, 31 nəfər yaralanıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, partlayış avtobus terminalının yaxınlığındakı barlardan birində olub. Partlayışa qaz sızması və ya partlayıcı maddənin səbəb ola biləcəyi ehtimalları araşdırılır. Partlayış nəticəsində bir avtomobil və ətrafdakı bəzi evlər zərər görüb. Eyni zamanda hadisənin zərər görən maşına yerləşdirilmiş partlayıcının səbəb ola biləcəyi ehtimalı da araşdırılır.

Zamboanga bələdiyyəsinin sədri Mariya İsabelle isə açıqlamasında partlayışın "Əbu Səyyaf" təşkilatı ilə əlaqəli olmasını istisna etməyib. 

Son xəbərlər

Orphus sistemi