​Finlandiya miqrant qəbul etməkdən imtina edib

​Finlandiya miqrant qəbul etməkdən imtina edib Avropa Komissiyası bu ölkəyə kvotaya görə 800 miqrant qəbul etməyi təklif edib
Digər ölkələr
27 May , 2015 21:41
​Finlandiya miqrant qəbul etməkdən imtina edib

Bakı. 27 may. REPORT.AZ/ Avropa Komissiyası (AK) Finlandiyaya Avropa İttifaqının (Aİ) müəyyən etdiyi kvotaya uyğun olaraq 800 miqrant qəbul etməyi təklif edir.

"Report" xəbər verir ki, Finlandiya hökuməti isə Avropa Komissiyasının planlarına qarşı çıxır.

AK-nın planına əsasən, dəniz vasitəsi ilə İtaliya və Yunanıstana gəlmiş 40 minə yaxın miqrant kvota sisteminə uyğun olaraq bütün Aİ üzrə paylaşdırılacaq.

AK-nın məlumatına görə, Finlandiyanın kvotası 800 nəfər təşkil edir.

Aİ ölkələrinin daxili işlər nazirləri məsələ ilə bağlı iyunun ortalarında qərar qəbul edəcəklər.

Finlandiya qaçqınların Aİ daxilində yerləşdirilməsinin əleyhinə çıxış edir.

Son xəbərlər

Orphus sistemi