​Filippində silahlı qarşıdurma: 25 nəfər ölüb

​Filippində silahlı qarşıdurma: 25 nəfər ölüb Hadisə ölkənin Maqindanao əyalətində baş verib
Digər ölkələr
11 Mart , 2015 14:02
​Filippində silahlı qarşıdurma: 25 nəfər ölüb

Bakı. 11 mart. REPORT.AZ/ Filippində ordu ilə islamçı sayılan "Banqsamoro" silahlıları arasındakı qarşıdurma nəticəsində azı 25 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Filippin silahlı qüvvələrinin təmsilçisi polkovnik - leytenant Harold Kabunok bildirib.

Məlumata əsasən, ölənlərin ikisi hökumət qoşununun hərbçisi, 23-ü isə qiyamçıdır.

Xəbərə görə, silahlı toqquşma ölkənin Maqindanao əyalətində baş verib.

Xatırladaq ki, hökumətlə qiyamçılar arasında münaqişə 40 ilə yaxındır davam edir. 

Son xəbərlər

Orphus sistemi