Filippində naməlum şəxslər karnaval zamanı izdiham içinə qumbara atıb, bir uşaq ölüb

Filippində naməlum şəxslər karnaval zamanı izdiham içinə qumbara atıb, bir uşaq ölüb Hadisə nəticəsində 38 nəfər yaralanıb
Digər ölkələr
22 Fevral , 2016 11:50
Filippində naməlum şəxslər karnaval zamanı izdiham içinə qumbara atıb, bir uşaq ölüb

Bakı. 22 fevral. REPORT.AZ/ Filippində motosikletli naməlum şəxslər insan izdihamının yaşandığı yerə qumbara atıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Esparansa şəhərində keçirilən karnaval zamanı baş verib.

İnsident nəticəsində 6 yaşlı bir uşaq ölüb, daha 38 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin kritik olduğu xəbər verilir.

Polis olayla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi