Filippində baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Filippində baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB Hadisə zamanı 60-dan çox insan xəsarət alıb
Digər ölkələr
3 Sentyabr , 2016 04:19
Filippində baş vermiş partlayışda ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Bakı. 3 sentyabr. REPORT.AZ/ Filippinin Davao şəhərindəki bazarda baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb.

"Report" "CNN" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rodriqo Dutert məlumat yayıb.

Məlumata görə, dövlət başçısı bunun terror hadisəsi olduğunu qeyd edib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları qanlı olayı hadisəni terror aktı kimi araşdıracaqlar.

Partlayışdan sonra polis və ordu avtomobillərdə, sərhəd məntəqələrində axtarışlar aparıb.

Qeyd edək ki, hadisə zamanı 60-dan çox insan xəsarət alıb. 



***01:19

Filippinin cənubundaki Davao şəhərində baş vermiş partlayışın səbəbləri bəlli olub.

"Report" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, Davao şəhərindəki partlayışın əsas səbəbi əldəqayırma bomba olub. Məlumatı Filippin prezidentinin nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, dünən baş vermiş partlayışda 12 nəfər ölüb, 60 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi