​Filippində atışma: 37 polis, 6 yaraqlı ölüb

​Filippində atışma: 37 polis, 6 yaraqlı ölüb Zulkifli bin-Hirin tutulması üçün beş milyon dollar, Usman üçün isə bir milyon dollar mükafat ayrılıb
Digər ölkələr
27 Yanvar , 2015 11:39
​Filippində atışma: 37 polis, 6 yaraqlı ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Filippinin Maquindanao əyalətinin Mamasapano hissəsində "Camaati- İslamiyyə"yə mənsub iki terrorçunu tutmaq istəyən polislə yaraqlılar arasında atışma olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, atışma nəticəsində 37 polis, 6 yaraqlı ölüb.

Yerli hakimiyyət nümayəndəsi həmin iki terrorçunun malayziyalı Zulkifli bin-Hir və filippinli Bəsit Usman olduğunu bildirib.

Zulkifli bin-Hirin tutulması üçün beş milyon dollar, Usman üçün isə bir milyon dollar mükafat ayrılıb.

Son xəbərlər

Orphus sistemi