Bakı. 5 sentyabr. REPORT.AZ/ Filippin polisi Davao şəhərində bu yaxınlarda baş vermiş, 14 nəfərin ölümü, 70 nəfərin xəsarət alması ilə nəticələnmiş terror aktında şübhəli bilinən 3 nəfərin axtarışına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Straits Times" qəzeti məlumat yayıb. Axtarışa verilənlərdən 2-i qadın, 1-i kişidir.
Şəhər polisinin rəhbəri Maykl Con Dubriya bildirib ki, müşahidə kameraları partlayışdan əvvəl naməlum şəxsin o qədər də böyük olmayan qeyri-müəyyən əşyanı hadisənin baş verdiyi yerə gətirməsini əks etdirən görüntüləri çəkiblər.
Bundan əlavə, hüüquq-mühafizə orqanları terror aktının hazırlanmasında iştirak etmiş iki qadını da axtarır. Polis indiyə qədər 8 nəfəri sorğu-sual edib.
Kriminalistlər partlayıcı qurğunun mobil telefon vasitəsilə işə salındığını müəyyən ediblər. İlkin məlumata görə, bomba 60 mm-lik minaatan mərmisindən hazırlanıb.