Filadelfiyada Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib

Filadelfiyada Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib Nümayiş Vermont ştatından olan müstəqil senator Berni Sandersin tərəfdarları tərəfindən təşkil edilib
Digər ölkələr
25 İyul , 2016 09:40
Filadelfiyada Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib

Bakı. 25 iyul. REPORT.AZ/ Filadelfiyada ABŞ-ın Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, nümayiş Vermont ştatının senatoru, demokratlar tərəfindən ABŞ prezidentliyinə namizəd olmaq üçün mübarizədə ilkin seçimlərdə Hillari Klintona uduzan Berni Sandersin tərəfdarları tərəfindən təşkil edilib.

Şəhər meriyasının binası qarşısındakı meydana toplaşan yüzlərlə insan H.Klintonun namizədliyinə etiraz edib.

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədin rəsmən seçiləcəyi partiyanın qurultayı iyulun 25-dən 28-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi