​Fidel Kastronun qardaşı vəfat edib

​Fidel Kastronun qardaşı vəfat edib O, qardaşının silahlı dəstələrinin faktiki rəhbərlərindən olub
Digər ölkələr
24 Fevral , 2016 09:28
​Fidel Kastronun qardaşı vəfat edib

Bakı. 24 fevral. REPORT.AZ/ Kuba inqilabının lideri Fidel Kastro və ölkə prezidenti Raul Kastronun böyük qardaşı Ramon Kastro 92 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, Ramon Kastro 1953-1959-cu illərdə Kuba inqilabında silahlı fəaliyyət göstərməyib. O qardaşların ən böyüyü olduğu üçün valideynlərinə baxıb, təsərrüfatı idarə edib.

Bununla belə qardaşı Fidel Kastronun silahlı dəstələrinin faktiki rəhbərlərindən olub. O, inqilabçı dəstələrin silah, yanacaq və bu sayaq ehtiyaclarının ödənilməsində aparıcı rollardan oynayıb.

İnqilabın qələbəsindən sonra Ramon Kastro adada kənd təsərrüfatı ilə məşğul olub.

O, hökumətdə heç vaxt vəzifə tutmasa da, həmişə müşavir olaraq, qalıb. Kuba iqtisadiyyatında sosialist islahatların hamısının təşəbbüskarı Ramon Kastro sayılır.  

Son xəbərlər

Orphus sistemi