Fidel Kastro 14 aylıq fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Fidel Kastro 14 aylıq fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb Bu ilin əvvəlində Qərb mətbuatı növbəti dəfə Kubanın əfsanəvi liderinin ölümü xəbərini yaymışdı
Digər ölkələr
4 Aprel , 2015 21:24
Fidel Kastro 14 aylıq fasilədən sonra ilk dəfə  ictimaiyyət qarşısına çıxıb

Bakı. 4 aprel. REPORT.AZ/ Kubanın sabiq lideri Fidel Kastro 14 aylıq fasilədən sonra ilk dəfə olaraq mətbuat qarşısında görünüb.

"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, paytaxt Gavananın mərkəzində Venesuelladan gələn nümayəndə heyyəti ilə görüşən 88 yaşlı Fidel Kastro, qonaqları avtomobilin pəncərəsindən salamlayıb.

Qeyd edək ki, bu ilin əvvəlində Qərb mətbuatı növbəti dəfə Kubanın əfsanəvi liderinin ölümü xəbərini yaymışdı. 

Son xəbərlər

Orphus sistemi