Fici sahillərində təqribən 7 bal gücündə zəlzələ olub

Fici sahillərində təqribən 7 bal gücündə zəlzələ olub Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
25 Sentyabr , 2016 02:03
Fici sahillərində təqribən 7 bal gücündə zəlzələ olub

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün Sakit okeanda, Fici arxipelaqına daxil olan Ndoy adasının 119 km.-də 6,8 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Fici Respublikasının əhalisi 77 min nəfərdən çox olan paytaxtı Suvadan 417 km. cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yerin 592 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat, həmçinin sunami təhlükəsi barədə xəbərdarlıq daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi