Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək

Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək Bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib
Digər ölkələr
29 Sentyabr , 2016 16:31
Fələstin lideri İsrailin keçmiş prezidentinin dəfnində iştirak edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Fələstin Dövlətinin başçısı Mahmud Abbas İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək niyyətində olduğunu bildirib.

"Report" "Newsru.co.il"ə istinadən xəbər verir ki, o, bu məqsədlə yüksək vəzifəli 4 məmurla İsrailə getmək niyyətindədir.

Məlumata görə, bununla bağlı müraciət hökumətin İude və Samaridəki əlaqələndiricisi, general-mayor Yoava Mordexa təqdim edilib.

İsrail KİV-ləri yazır ki, Mahmud Abbas Şimon Peresin ailə üzvlərinə başsağlığı teleqramı göndərib. O, yəhudi dövlətinin 9-cu prezidentinin Fələstin muxtariyyətinin mərhum başçısı Yasər Ərəfat və İsrailin keçmiş baş naziri İtshak Rabinin sülh prosesindəki həmkarı adlandırıb.

Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də vəfat edib. 

Son xəbərlər

Orphus sistemi