ABŞ-ın yeni müdafiə naziri and içib

ABŞ-ın yeni müdafiə naziri and içib 60 yaşlı Eşton Karter ABŞ-ın müdafiə naziri vəzifəsində Çak Heygeli əvəz edib
Digər ölkələr
18 Fevral , 2015 04:33
ABŞ-ın yeni müdafiə naziri and içib

Bakı. 18 fevral. REPORT.AZ/ Eşton Karter prezident Barak Obamanın altı illik hakimiyyəti dövründəki sayca dördüncü ABŞ müdafiə naziri olaraq and içib.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, 60 yaşlı Eşton Karter ABŞ-ın müdafiə naziri vəzifəsində Çak Heygeli əvəz edib.

Yeni müdafiə nazirinin andiçmə mərasimi Ağ Evdə vitse-prezident Co Baydenin iştirakı ilə keçirilib.

Müdafiə nazirliyinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Eşton Karterin verdiyi əsas mesaj bundan ibarətdir: “indi ölkənin yeni imkanlardan istifadə etməsi vaxtıdır.” Pentaqon rəsmisi bidirib ki, dünya böyu təlatümlü hadisələrə baxmayaraq, yeni müdafiə naziri ölkənin qorumaq üçün ciddi qərarlar verməyə və hərbi xidmətdə olanları müdafiə etməyə hazırdır.

Eşton Karter bu gün müdafiə nazirinin müavini Bob Vork, ordu, dəniz donanması və hava qüvvələrinin komandirləri və Birgə Qərargahlar rəisi general Martin Dempsi də daxil olmaqla Pentaqon rəsmiləri ilə görüşlər keçirib.

Bu gün ərzində yeni müdafiə nazirinin president Obama ilə görüşü planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi