Ermənistan Türkiyədən quş məhsullarının idxalına qadağa qoyub

Ermənistan Türkiyədən quş məhsullarının idxalına qadağa qoyub Qərar Türkiyədən Ermənistana "quş qripi" virusunun keçməsinin qarşısının alınması məqsədilə verilib
Digər ölkələr
7 May , 2015 20:16
Ermənistan Türkiyədən quş məhsullarının idxalına qadağa qoyub

Bakı. 7 may. REPORT.AZ/ Ermənistanın Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Xidməti mayın 7-də ölkəyə Türkiyə quş məhsullarının idxalına qadağa qoyub. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Dövlət Xidmətinin rəisi Armen Ayrapetyanın qərarına əsasən, 2015-ci il mayın 7-dən etibarən ölkəyə diri quş, quş məhsulları, damazlıq yumurta, yem, quş tükü və digər məhsulların gətirilməsi yasaqlanıb. Qərar Türkiyədən Ermənistana "quş qripi" virusunun keçməsinin qarşısının alınması məqsədilə verilib. 

Qadağa Türkiyədən Ermənistan ərazisinə 2015-ci il aprelin 23-dək gətirilən məhsullara aid deyil. 

Məlumatda qeyd olunur ki, Türkiyədən idxal edilən ərzaq məhsulları Ermənistanda xüsusi laborator müayinədən keçirilir və yalnız bundan sonra onların Ermənistan ərazisində istifadəsinə icazə verilir. 

Son xəbərlər

Orphus sistemi