Bakı. 22 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi "ərəb koalisiyası"nın Yəməndə apardığı hərbi əməliyyatlar ölkə prezidenti Əbd Rəbbu Mənsur Hadinin xahişi ilə başa çatdırılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında koalisiya komandanlığının nümayəndəsi Əhməd əl-Əsiri məlumat verib.
"Əməliyyatlar prezident Hadi və ölkənin qanuni hakimiyyətinin xahişi ilə dayandırılıb", — deyə o qeyd edib.
Qeyd olunur ki, indi koalisiya "Ümidlərin dirçəlməsi" adı altında yeni əməliyyata başlayacaq.