Ərəb koalisiyası Yəmən paytaxtına aviazərbələri davam etdirir

Ərəb koalisiyası Yəmən paytaxtına aviazərbələri davam etdirir Ölənlərin çoxu uşaqdır
Digər ölkələr
4 Aprel , 2015 23:29
Ərəb koalisiyası Yəmən paytaxtına aviazərbələri davam etdirir

Bakı. 4 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası öz hərbi-hava qüvvələri ilə Yəmənin paytaxtı Sənaya zərbələr endirirlər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu axşam həyata keçirilən bombardıman nəticəsində Sənanın qərbindəki Həcr-Okeyş rayonunda 11 nəfərin həlak olduğu, daha 7 nəfərin yaralandığı bildirilir.

Aviazərbələr Sənada kütləvi dağıntılara səbəb olub. Yəmən havadan müdafiə qüvvələri cavab atəşi açıb.

Hazırda yerli sakinlər yaralılara yaşayış binalarının dağıntıları altından çıxmağa köməklik göstərirlər, həmçinin meyitlərin axtarışları davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi