​Ərəb koalisiyası səhvən öz müttəfiqini bombalayıb, 30 əsgər ölüb

​Ərəb koalisiyası səhvən öz müttəfiqini bombalayıb, 30 əsgər ölüb Aviazərbə nəticəsində daha 40 nəfər yaralanıb
Digər ölkələr
18 Oktyabr , 2015 03:23
​Ərəb koalisiyası səhvən öz müttəfiqini bombalayıb, 30 əsgər ölüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası səhvən Yəmənin Taiz şəhərində prezident Əbd Rəbbu Mansur Hadiyə sadiq qüvvələrin yerləşdiyi düşərgəni bombalayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə 30 əsgər həlak olub.

“Koalisiya səhv hədəfi bombalayıb ”, - deyə hakimiyyət nümayəndələrindən biri bildirib.

Agentliyin məlumatına görə, aviazərbə nəticəsində daha 40 nəfər yaralanıb.

Ərəb koalisiyası və Yəmən hökuməti baş verən hadisəni hələ ki, şərh etməyib.

Son xəbərlər

Orphus sistemi