Ərəb ölkələri UNESCO-ya Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsi ilə bağlı layihə təqdim edəcək

Ərəb ölkələri UNESCO-ya Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsi ilə bağlı layihə təqdim edəcək Məsələ oktyabrın 21-də YUNESKO-nun İcraiyyə Şurasında müzakirəyə çıxarılacaq.
Digər ölkələr
20 Oktyabr , 2015 22:37
Ərəb ölkələri UNESCO-ya Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsi ilə bağlı layihə təqdim edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bir sıra ərəb dövləti BMT-yə müraciət edərək Qüds şəhərində yerləşən müqəddəs məkanların statusunun dəyişdirilməsini istəyəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yahidilərin müqəddəs hesab etdikləri Ağlama divarı da daxil olmaqla bir sıra məbədin Əl-Əqsa məscid kompleksinin tərkib hissəsi kimi qəbul edilməsini istəyən Əlcəzair, Misir, BƏƏ, Küveyt, Mərakeş və Tunis rəsmiləri məsələnin dərhal YUNESKO-da müzakirə olunmasını tələb edib.

Təklif oktyabrın 21-də YUNESKO-nun İcraiyyə Şurasında müzakirəyə çıxarılacaq.

YUNESKO-nun baş direktoru İrina Bokova artıq mövzu ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə, təşkilatın İcraiyyə Şurası Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq qərarlar qəbul etməməlidir.

Son xəbərlər

Orphus sistemi