Ərdoğan müxalifət liderini məhkəməyə verdi

Ərdoğan müxalifət liderini məhkəməyə verdi Prezident mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.
Digər ölkələr
31 Avqust , 2015 22:24
Ərdoğan müxalifət liderini məhkəməyə verdi

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müxalif Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalını məhkəməyə verib.

"Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baxçalının son mitinqlərdə dövlət başçısının ünvanına səsləndirdiyi sərt tənqidi fikirlər Ərdoğanın etirazına səbəb olub.

Prezident Ankara Şəhər Məhkəməsində müxalifət liderinə qarşı şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.

Ərdoğan mənəvi ziyana görə 100 min türk lirası məbləğində təzminat ödənməsini tələb edib.

Son xəbərlər

Orphus sistemi