Bakı. 22 May. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Binəli Yıldırıma yeni hökuməti formalaşdırmağı tapşırıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə prezidentinin saytının rəsmi bəyanatında bildirilir.
"Prezident Binəli Yıldırıma Türkiyə Cümhuriyyətinin 65-ci hökumətini qurmağı tapşırıb və ona müvəffəqiyyətlər arzulayıb" - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, Binəli Yıldırım 1405 səslə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri seçilib.