​Ər-Riyadda kralın dəfni ilə bağlı mərasim keçirilir

​Ər-Riyadda kralın dəfni ilə bağlı mərasim keçirilir Səudiyə kralının cənazəsi məscidə gətirilib
Digər ölkələr
23 Yanvar , 2015 17:37
​Ər-Riyadda kralın dəfni ilə bağlı mərasim keçirilir

Bakı. 23 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səud dəfni ilə bağlı mərasim paytaxt Ər-Riyadda keçirilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, mərasim mərhumun ruhuna Ər-Riyadda yerləşən İmam Türki bin Abdullah məscidində dualar oxunmaqla başladı. Səudiyyə kralının cənazəsi məscidə gətirildi. Dəfn mərasimındə xarici ölkələrin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri iştirak edir. Azərbaycan tərəfindən mərasimdə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə və Milli Məclisin sədri Oqtay Əsədov iştirak edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud ötən gecə 91 yaşında vəfat edib.  

Son xəbərlər

Orphus sistemi