Bakı. 4 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı rəhbərliyi iqtisadi vasitələrdən istifadə etməklə Suriya prezidenti Bəşər Əsədi Rusiyanın dəstəyindən məhrum etməyə çalışır.
Ər-Riyad Moskvanın Suriya ilə bağlı mövqeyindən imtina edəcəyi təqdirdə heft hasilatı həcmini azaltmağa hazırdır ki, bu da "qara qızıl"ın qiymətinin artmasına gətirib çıxaracaq.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.
Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı Rusiya-Səudiyyə gizli danışıqları artıq bir neçə aydır ki, davam edir, lakin hələ ki, nəticə əldə etmək mümkün olmayıb.