Ər-Riyad husilərlə mübarizə aparmaq üçün Pakistandan yardım istəyib

Ər-Riyad husilərlə mübarizə aparmaq üçün Pakistandan yardım istəyib Pakistanın Müdafiə naziri Həvaca Məhəmməd Asif xəbəri təstiqləyib
Digər ölkələr
6 Aprel , 2015 22:24
Ər-Riyad husilərlə mübarizə aparmaq üçün Pakistandan yardım istəyib

Bakı. 6 aprel. REPORT.AZ/ Səüdiyyə Ərəbistanı Yəməndəki husi üsyançılarla mübarizə məqsədləri ilə İslamabaddan yardım istəyib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə əsasən, Pakistanın Müdafiə naziri Həvaca Məhəmməd Asif bildirib ki, Ər-Riyad hərbi gəmi, aviasiya və əsgəri güvvə istəyib.

Pakistanlı nazir İslamabadın koalisiyaya qoşulmaq barədə Ər-Riyadın təklifinə necə münasibət bildirəcəyini açıqlamayıb. Bu məsələ hazırda Pakistan parlamentində müzakirə olunur.

Frans Press agentliyinin məlumatına əsasən, Pakistan indiyədək Yəmən münaqişəsinin sülh yolu ilə həll olunması mövgeyindən çıxış edib.

Səüdiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri Koalisiyası iki həftəyə yaxındır kı, Yəmən üsyançılarının mövgelərini bombalayır.

Hər iki tərəf danışıqlara hazır olduğunu bildirərkən, Yəmən hüsiləri danışıqlara başlamaq üçün əsas şərt kimi bombardmana son qoyulmasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi