Əmmanda İsraillə Fələstin arasında gizli danışıqlar olub

Əmmanda İsraillə Fələstin arasında gizli danışıqlar olub Tərəflər sülh danışıqlarının bərpa olunması imkanlarını müzakirə ediblər
Digər ölkələr
28 İyul , 2015 18:01
Əmmanda İsraillə Fələstin arasında gizli danışıqlar olub

Bakı. 28 iyul. REPORT.AZ/ İsrailin daxili işlər naziri və baş nazirin müavini Silvan Şalom ilə Fələstini danışıqlarda təmsil edən Saib Erekat arasında İordaniyanın paytaxtı Əmman şəhərində gizli görüş keçirilib.

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, bu görüş iyulun 23-də "qeyri-rəsmi şəxs" tərəfindən təşkil edilib.

Bildirilir ki, görüş haqqında İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas məlumatlı olublar. Qəzetin qeyd etdiyinə görə, onlar görüşün baş tutmasından razı qalıblar.

İsrail və Fələstin tərəfləri 2014-cü ilin aprelindən dayandırılan sülh danışıqlarının yenidən başlanması imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi