​"Əl-Qaidə" terrorçuları Yəmənin cənub-şərqində hava limanını ələ keçiriblər

​"Əl-Qaidə" terrorçuları Yəmənin cənub-şərqində hava limanını ələ keçiriblər Əl-Mukallə şəhərinin bütün sahilboyu xətti terrorçuların nəzarətinə keçib
Digər ölkələr
16 Aprel , 2015 22:05
​Əl-Qaidə terrorçuları Yəmənin cənub-şərqində hava limanını ələ keçiriblər

Bakı. 16 aprel. REPORT.AZ/ "Əl-Qaidə" terror təşkilatının silahlı dəstələri Yəmənin cənub-şərqindəki Hadramaut əyalətinin Əl-Mukallə şəhərində Riyan Beynəlxalq Hava Limanını və Hava Hücumundan Müdafiə qərargahını ələ keçiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.

Telekanalın verdiyi xəbərə görə, aprelin 3-də ələ keçirilən dəniz limanı da daxil olmaqla Əl-Mukallə şəhərinin şərq hissəsindəki dəniz sahili ərazi tam olaraq terrorçuların nəzarəti altına keçib.

Son xəbərlər

Orphus sistemi