​“Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri xəstəlikdən ölüb

​“Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri xəstəlikdən ölüb ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən Əbu Ənas əl-Libi Nyu-York xəstəxanasında dünyasını dəyişib
Digər ölkələr
3 Yanvar , 2015 13:03
​“Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri xəstəlikdən ölüb

Bakı. 3 yanvar. REPORT.AZ/ “Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri olan Əbu Ənas əl-Libi (əsl adı Nazih Əbd əl-Həmid ər-Ruhai) Nyu-Yorkda dünyasını dəyişib. Onun 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə terror hücumunu təşkil etdiyi ehtimal olunur.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, terrorçu on ildən çox axtarışda olub və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. əl-Libi 2013-cü ildə Tripoli yaxınlığında ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Həmin ay da Nyu-Yorkda məhkəmə qarşısına çıxıb. əl-Libi 1994-cü ildən “əl-Qaidə” sıralarına qoşulub və 2011-ci ildə Pakistanda ABŞ hərbçiləri tərəfindən məhv edilən Üsamə bin Ladenin etibarlı adamlarından biri sayılır.

Məlumata görə, terrorçu bu gün Hepatit C virusunun yaratdığı qaraciyər xastəliyindən Nyu-York xəstəxanasında vəfat edib.  

Son xəbərlər

Orphus sistemi