"Əl-Qaidə" terror qruplaşması Fransaya hədə-qorxu gəldi

"Əl-Qaidə" terror qruplaşması Fransaya hədə-qorxu gəldi "Əyər Fransa müsəlmanlara qarşı təcavüz siyasətini dayandırmasa yeni teror aktları olacaq"
Digər ölkələr
10 Yanvar , 2015 04:25
Əl-Qaidə terror qruplaşması Fransaya hədə-qorxu gəldi

Bakı. 10 yanvar. REPORT.AZ/ "Əl-Qaidə" terror qruplaşmasının rəhbərlərindən biri hesab olunan Harit əl-Nədhari, Fransada yeni terror aktlarının törədilə biləcəyini deyib.

"Report"un RBK-ya istinadla verdiyi məlumata görə, internet vasitəsi ilə yayılan video-müraciətində terrorçu bəyan edib ki, "əyər Fransa höküməti müsəlmanlara qarşı təcavüz siyasətini dayandırmazsa fransızlara qarşı təhlükə davam edəcək və bu ölkəni yeni teror aktları gözləyir".

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” qruplaşmasının üzvlərindən biri ötən axşam Parisdə baş vermiş terror aktında “Əl-Qaidə”-nin əli olduğunu təsdiqləmişdi.

Fransa xüsusi xidmət orqanlarının yanvarın 9-da keçirdikləri əməliyyatlar zamanı "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum zamanı 12 nəfəri qәtlә yetirmәkdә şübhәli bilinәn Sәid vә Şәrif Kuaşi qardaşları, habelə Parisdəki әrzaq mağazasında insanları girov götürən IŞID terror tәşkilatınin üzvü Amedi Kulibali öldürülüb.

Son xəbərlər

Orphus sistemi