Bakı. 13 oktyabr. REPORT.AZ/ Terrorçu əl-Qaidə təşkilatının Suriya qanadı hesab edilən Əl-Nusra Cəbhəsi Bəşər Əsəd hakimiyyətinə qarşı silahlı mübarizə aparan bütün müxalif qrupları Rusiyaya qarşı birləşməyə çağırdı.
“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, Əl-Nusra Cəbhəsinin lideri Abu Muhammet Qolani bildirib ki, Əsəd rejimi Rusiyanın dəstəyi ilə sünniləri məhv etməkdədir.
“Cavabımız çox sərt olacaq. Ruslar Əfqanıstanda görmədiklərini Suriyada yaşayacaqlar” - deyə qruplaşma lideri vurğulayıb.