​Əl-Bağdadi şəhəri İŞİD-dən azad edilib

​Əl-Bağdadi şəhəri İŞİD-dən azad edilib Ayn-əl-Əsəd aviabazasında ABŞ-ın 300-dən çox dəniz piyadası var
Digər ölkələr
14 Fevral , 2015 15:59
​Əl-Bağdadi şəhəri İŞİD-dən azad edilib

Bakı.14 fevral. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Əl-Bağdadi şəhərini İŞİD-dən azad edib. "Report" "TASS"a istinadən xəbər verir ki, İraqın qərbindəki Anbar əyalətinin şərqində yerləşən Əl-Bağdadini terrorçular fevralın 12-də ələ keçirib.

Əyalətin başçısının təhlükəsizlik məsələləri üzrə müavini Əziz Xəlif ət-Tarmuzun sözlərinə görə, əməliyyatı İraq təhlükəsizlik qüvvələri, ordu hissələri və könüllü dəstələr birgə keçirib. O, əməliyyat nəticəsində bir neçə terrorçunun öldürüldüyünü deyib.

İŞİD-in Ayn-əl-Əsəd hərbi bazasına hücumuna cavab olaraq, bu gün səhər şəhərin azad edilməsi əməliyyatı başlayıb. Həmin aviabazada ABŞ-ın 300-dən çox dəniz piyadası var.

Son xəbərlər

Orphus sistemi