Ekvadorda zəlzələ qurbanlarının sayı 654 nəfərə çatıb - YENİLƏNİB

Ekvadorda zəlzələ qurbanlarının sayı 654 nəfərə çatıb - YENİLƏNİB 58 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
24 Aprel , 2016 08:27
Ekvadorda zəlzələ qurbanlarının sayı 654 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 24 aprel. REPORT.AZ/ Ötən həftə Ekvadorda baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirən insanların sayı 654 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü "Associated Press" məlumat yayıb.

Son məlumatlara görə, zəlzələ zamanı yaralananların sayı 12,5 min nəfərə çatıb, 58 nəfər itkin düşmüş hesab olunur, 25 mindən çox insan sığınacaqlarda qalır.

***20:56

Bakı. 23 Aprel. REPORT.AZ/ Aprelin 16-da Ekvadorda 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 646 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korreaya istinadən “La Vanduardia” nəşri məlumat yayıb.

Daha 130 nəfərin adı itkin düşmüşlər siyahısındadır. Prezident, həmçinin xəbər verib ki, təbii fəlakət nəticəsində 12,5 min nəfər yaralanıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, zəlzələ nəticəsində 7 minə yaxın bina dağılıb, 2,7 min ev zədələnib. Ölkə ərazisinin bir hissəsində fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər

Orphus sistemi