​Ekvadorda vulkan səbəbindən həyəcan səviyyəsi artırılıb

​Ekvadorda vulkan səbəbindən həyəcan səviyyəsi artırılıb Alov dağı paytaxt Kitodan 90 km. şərqdə yerləşir
Digər ölkələr
20 Noyabr , 2015 08:25
​Ekvadorda vulkan səbəbindən həyəcan səviyyəsi artırılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Ekvador hakimiyyəti Reventador vulkanının fəallığının artması səbəbindən həyəcan səviyyəsini yüksəyə qədər ("narıncı") artırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, alov dağı paytaxt Kitodan 90 km. şərqdə yerləşir.

Analoji tədbir bundan əvvəl Tunquraua vulkanı ətrafında yaranan vəziyyətlə əlaqədar görülüb.

"Narıncı" həyəcan səviyyəsi (Sonuncudan əvvəlki) yerli hakimiyyətin potensial püskürmə ərazisində yaşayan əhalinin mühafizəsi üçün tədbir görməli olduğu anlamına gəlir.

Son xəbərlər

Orphus sistemi