​Ekvadorda vulkan püskürməsi səbəbindən fövqəladə vəziyyət elan olunub

​Ekvadorda vulkan püskürməsi səbəbindən fövqəladə vəziyyət elan olunub Yaxınlıqdakı kəndlərin əhalisi təxliyə edilir
Digər ölkələr
16 Avqust , 2015 10:48
​Ekvadorda vulkan püskürməsi səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 16 Avqust. REPORT.AZ/ Ekvador prezidenti Rafael Korrea Katopaxi vulkanının püskürdüyü ərazidə fövqəladə vəziyyət elan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə o, xalqa həftəlik müraciətində bildirib.

"Biz Katopaxi vulkanının qeyri-adi fəallığını diqqətə alaraq, fövqəladə vəziyyət rejimi elan edirik", – deyə Korrea vurğulayıb.

Ekvadorun paytaxtı Kito yaxınlığında yerləşən vulkan 70 il ərzində ilk dəfə olaraq fəallıq nümayiş etdirməyə başlayıb. Onun kraterindən havaya atılan külün hündürlüyü 5 km-i ötüb.

Hakimiyyət artıq yaxınlıqdakı kəndlərin əhalisini təxliyə etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi