Ekvadorda iki sərnişin avtobusu toqquşub: 47 yaralı

Ekvadorda iki sərnişin avtobusu toqquşub: 47 yaralı Xəsarət alanlara tibbi yardım göstərilib
Digər ölkələr
7 Oktyabr , 2016 05:30
Ekvadorda iki sərnişin avtobusu toqquşub: 47 yaralı

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ekvadorda iki sərnişin avtobusunun toqquşması nəticəsində 47 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "El Comercio" qəzeti xəbər yayıb.

Yerli polis hadisənin səhər saatlarında, El-Oro vilayətində baş verdiyini deyib.

Məlumata görə, qəza zamanı 1 nəfər həlak olub. Ölən şəxsin avtobuslardan birinin sürücüsü olduğu bildirilir.

Avtobuslardan birinin salonunda sıxılıb qalmış 4 sərnişini xilas etmək üçün xüsusi avadanlıqlardan istifadə olunub.

Bütün yaralılara tibbi yardım göstərilib. 

Son xəbərlər

Orphus sistemi