Ekvador sahillərində yeni güclü zəlzələ baş verib

Ekvador sahillərində yeni güclü zəlzələ baş verib Mümkün dağıntılar və insan itkisi barədə məlumat yoxdur
Digər ölkələr
22 Aprel , 2016 07:28
Ekvador sahillərində yeni güclü zəlzələ baş verib

Bakı. 22 Aprel. REPORT.AZ/ Ekvador sahillərində 5,7 bal gücündə növbəti zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla 22.03-də qeydə alınıb. Zəlzələnin episentri Portovyexo şəhərindən 86 km. şimalda olub. Yeraltı təkanların ocağı yerin 10 km. dərinliyində qeydə alınıb.

Mümkün dağıntılar və insan itkisi barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə məlumat verilməyib.
Aprelin 16-da ölkədə baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində təqribən 600 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi