Ekspert: İŞİD-in 10 kilometr hündürlükdə uçan təyyarəni vura biləcək silahı yoxdur

Ekspert: İŞİD-in 10 kilometr hündürlükdə uçan təyyarəni vura biləcək silahı yoxdur Təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib
Digər ölkələr
1 Noyabr , 2015 03:27
Ekspert: İŞİD-in 10 kilometr hündürlükdə uçan təyyarəni vura biləcək silahı yoxdur

Bakı. 01 noyabr. REPORT.AZ/ Misirdə qəzaya uğramış Rusiyaya məxsus “Airbus A321” təyyarəsi İŞİD tərəfindən vurula bilməz, çünki onun belə bir silahı yoxdur.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu fikri təyyarənin terrorçular tərəfindən vurulması versiyasını şərh edən ekspert, hərbi jurnalın baş redaktoru İqor Korotçenko söyləyib. Onun fikrincə, İŞİD-in əlində səyyar zenit raket kompleksləri ola bilər. Lakin bu kompleks 10 kilometr yüksəklikdəki təyyarəni vurmaq iqtidarında deyil, bu, istisnadır. Onun yetişə biləcəyi maksimum hündürlük 4,5 kilometrdən çox deyil.

Qəzanın mühərrikdəki nasazlıq səbəbindən baş verməsinin mümkünlüyünə dair versiyanı da şərh edən ekspert deyib ki, buna “Airbus” tipli laynerlərdə çox nadir hallarda təsadüf edilir. Əgər belə olsaydı, ekipaj yaranmış vəziyyəti yerdəki dispetçerlərlə müzakirə edə bilərdi, qəza bu cür ani baş verməzdi.

Xatırladaq ki, oktyabrın 31-də səhər Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvünün olduğu təyyarənin qalıqları Sinay vilayətinin mərkəzi hissəsində aşkarlanıb. Təyyarədəki insanların hamısı həlak olub. Faciə ilə bağlı Rusiyada matəm elan olunub.

Son məlumata görə, təyyarənin “qara qutuları” Misirin baş prokurorluğuna təhvil verilib.

Son xəbərlər

Orphus sistemi