Əhməd Davudoğlu italiyalı həmkarından izahat tələb edib

Əhməd Davudoğlu italiyalı həmkarından izahat tələb edib "Renzi izahatla çıxış etməsə Türk tərəfinin sərt cavabı gecikməyəcək"
Digər ölkələr
17 Yanvar , 2015 23:02
Əhməd Davudoğlu italiyalı həmkarından izahat tələb edib

BAKI. 17 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüssel səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

"Report"-un TRT telekanalına istinadən verdiyi xəbərə görə, Parisdə ötən həftə keçirilən kütləvi yürüştə iştirak edən Ə.Davudoğlunun bu addımını "anlaşılmaz" olaraq qiymətləndirən İtaliyanın Baş naziri Matteo Renzi Türkiyədə söz azadlığının olmadığını iddia etmişti.

Ə.Davudoğlu cavab olaraq bildirib ki Matteo Renzinin sözü gedən şərhi "qəbuledilməzdir" və İtaliyanın baş naziri təcili olaraq məsələ ilə bağlı Ankaraya izahat verməlidir.

Türkiyənin hökümət başçısı bildirib ki, Renzi izahatla çıxış etməsə türk tərəfinin sərt cavabı gecikməyəcək.

Son xəbərlər

Orphus sistemi