​"EgyptAir" itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib

​"EgyptAir" itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib Şirkət Yunanıstan tərəfindən qalıqların tapılması barədə məlumatlandırılıb
Digər ölkələr
19 May , 2016 21:25
​EgyptAir itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib

Bakı. 19 may. REPORT.AZ/ Misirin "EgyptAir" aviaşirkəti itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı CNN telekanalı məlumat yayıb.

Misirin Mülki Aviasiya Nazirliyinin məlumatına görə, Yunanıstan hökuməti onları qalıqların və çox güman ki, itmiş laynerə aid olan xilasetmə jiletlərinin aşkar edilməsi barədə məlumatlandırılıblar. Misirin Fransadakı səfiri bildirib ki, Afina Misirin diplomatik nümayəndəliyinə onların ağ və göy rəngli qalıqları tapmağa müvəffəq olmaları barədə rəsmi məlumat verib.

Son xəbərlər

Orphus sistemi