"EgyptAir"in təyyarəsini qaçıran şəxs kiprli sabiq həyat yoldaşı ilə görüş istəyib

"EgyptAir"in təyyarəsini qaçıran şəxs kiprli sabiq həyat yoldaşı ilə görüş istəyib Bu barədə Yunanıstan KİV-i məlumat yayıb
Digər ölkələr
29 Mart , 2016 12:20
EgyptAirin təyyarəsini qaçıran şəxs kiprli sabiq həyat yoldaşı ilə görüş istəyib

Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran İbrahim Samaha kiprli sabiq həyat yoldaşı ilə görüş istəyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın "Πρώτο Θέμα" nəşri yazıb.

"Polis artıq Marina Parasxu adlı bu qadını artıq tapıb və onu aeroporta gətirirlər. Bəzi mənbələrə görə, üzərində partlayıcı kəmər olan cinayətkar onu ələ keçirməyə çalışacaqları təqdirdə üzərindəki bombanı partladacağını bildirib. O, Kipr hüquq-mühafizə orqanlarının nümayəndələriylə danışıqlar zamanı məhz M.Parasxunun adını çəkib", - nəşrin məlumatında deyilir.

"Əl-Əhrəm" qəzeti güc strukturlarındakı mənbəsinə istinadən xəbər verib ki, misirli İbrahim Abdel Tavab Samaha baytar həkim diplomuna malikdir. O, İsgəndəriyyə əyalətinin sakinidir, həmçinin ABŞ vətəndaşlığına da malikdir.

Son xəbərlər

Orphus sistemi