Əfqanıstanda gips zavoduna hücum olub, 7 fəhlə ölüb

Əfqanıstanda gips zavoduna hücum olub, 7 fəhlə ölüb Hücum edənlərin kimliyi məlum deyil
Digər ölkələr
4 Mart , 2021 15:26
Əfqanıstanda gips zavoduna hücum olub, 7 fəhlə ölüb

Əfqanıstanın Nanqahar əyalətinin Surhrud rayonundakı gips zavoduna silahlı hücum nəticəsində 7 fəhlə ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Nanqahar əyalətinin polis rəisi Cuma Gül Himmət bildirib.

Hücum edənlərin kimliyi məlum deyil. Bu aksiyanın məsuliyyətini də hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Əyalət Şurasının deputatı Nilufər Əziz bildirib ki, öldürülən fəhlələr xəzər türkləridir. O, bu səbəbdən hücumun terror qruplaşmaları tərəfindən törədiləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi