Əfqanıstanın təhlükəsizlik qüvvələri xeyriyyə təşkilatına hücum edən yaraqlıları zərərsizləşdirib

Əfqanıstanın təhlükəsizlik qüvvələri xeyriyyə təşkilatına hücum edən yaraqlıları zərərsizləşdirib İnsident nəticəsində bir nəfər həlak olub və bir nəfər yaralanıb
Digər ölkələr
6 Sentyabr , 2016 13:46
Əfqanıstanın təhlükəsizlik qüvvələri xeyriyyə təşkilatına hücum edən yaraqlıları zərərsizləşdirib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə yerləşən xeyriyyə təşkilatının ofisinə hücumda iştirak edən bütün yaraqlıları zərərsizləşdirib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücum zamanı əvvəlcə partlayış olub, sonra isə atışma başlayıb. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın 5-də Əfqanıstan Müdafiə Nazirliyinin binası yaxınlığında iki güclü partlayış törədilib. Partlayışlar nəticəsində ən az 30 nəfər həlak olub, daha 40 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi