Əfqanıstanın şimalında partlayış olub: ölən və yaralananlar var

Əfqanıstanın şimalında partlayış olub: ölən və yaralananlar var Partlayış Bəlx vilayətində baş verib
Digər ölkələr
25 Avqust , 2016 11:23
Əfqanıstanın şimalında partlayış olub: ölən və yaralananlar var

Bakı. 25 avqust. REPORT.AZ/ Əfqanıstanın şimalında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayış Bəlx vilayətində baş verib.

Qeyd edək ki, Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Əvvəllər əsasən kənd və rayonlarda əraziləri nəzarətdə saxlayan "Taliban"çılar artıq böyük şəhərlərə hücuma başlayıb. Eyni zamanda, ölkə ərazisində İŞİD terror qruplaşmasının təsir qüvvəsi artıb. 

Son xəbərlər

Orphus sistemi