Əfqanıstanın şərqində terror aktı nəticəsində güc strukturlarının 10 əməkdaşı ölüb

Əfqanıstanın şərqində terror aktı nəticəsində güc strukturlarının 10 əməkdaşı ölüb Hadisə zamanı 20-dən artıq dinc sakin yaralanıb
Digər ölkələr
1 Noyabr , 2014 17:56
Əfqanıstanın şərqində terror aktı nəticəsində güc strukturlarının 10 əməkdaşı ölüb
Bakı. 1 noyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində - Loqar vilayətində törədilən terror aktı nəticəsində güc strukturunun azı 10 əməkdaşı ölüb, 20-dən artıq dinc sakin yaralanıb. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.

Terrorçu-kamikadze özünü avtomobildə partladıb. Ekstremistlərin hədəfi Azari rayonunda təhlükəsizlik qüvvələrinin mərkəzi olub. Əyalətdən 6 DİN əməkdaşı və və Əfqanıstan Milli Ordusunun 3 əsgərinin ölüm xəbərini təsdiqləyiblər.

İnsidentin baş verdiyi rayon mühasirəyə alınıb, hadisə yerində həkim briqadaları və müstəntiqlər işləyir. Əyalətdə terror aktının təşkil olunmasında əli olan şəxslərin axtarışı aparılır. 

Son xəbərlər

Orphus sistemi