​Əfqanıstanın şərqində partlayış: 11 ölü

​Əfqanıstanın şərqində partlayış: 11 ölü Partlayıcı qurğunu kamikadze işə salıb, 8 nəfər yaralanıb
Digər ölkələr
17 Fevral , 2015 15:11
​Əfqanıstanın şərqində partlayış: 11 ölü

Bakı. 17 fevral. REPORT.AZ/ Partlayış Əfqanıstanın şərqindəki Loqar əyalətində polis bölməsində baş verib, hüquq-mühafizə orqanlarının ən azı 11 əməkdaşı həlak olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Əyalət qubernatorunun rəsmi nümayəndəsi Din Məhəmməd Drviş (Din Mohammad Drwish) bildirib ki, partlayıcı qurğunu kamikadze işə salıb, 8 nəfər yaralanıb.

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Son xəbərlər

Orphus sistemi