Əfqanıstanın qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Əfqanıstanın qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb Şindand qəzasının mərkəzi bazarında üçtəkərli motosikl partladılıb
Digər ölkələr
11 Avqust , 2016 16:09
Əfqanıstanın qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Herat vilayətində bazarda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə vilayət başçısının press-attaşesi Cilani Fərhad məlumat verib.

Şindand qəzasının mərkəzi bazarında üçtəkərli motosikl partladılıb. 

C.Fərhadın sözlərinə görə, ölənlər arasında iki hərbçi, yaralılar arasında isə qadınlar və uşaqlar da var. O əlavə edib ki, hadisə yerinin yaxınlığında məscid var və partlayış nəticəsində ona böyük ziyan dəyib.

Hələlik terror hücumuna görə məsuliyyəti qruplaşmaların heç biri üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi