Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var

Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb
Digər ölkələr
20 İyun , 2016 09:45
Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var

Bakı. 20 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə mikroavtobusun partladılması nəticəsində ən azı 14 nəfər həlak olub.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Partlayış Pakistanla sərhəddə yerləşən Nəngəhar vilayətinin mərkəzi olan Cəlilabad şəhərini Kabillə birləşdirən yolda baş verib.

Mikroavtobusda Nepal və Əfqanıstandan mühafizə şirkətinin əməkdaşları olub. 

Terror aktına görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi